• cümə, 26 Aprel, 19:31
  • Baku Bakı 22°C

Havalar pisləşəcək - Xəbərdarlıq

14.02.15 08:25 976
Havalar pisləşəcək - Xəbərdarlıq
Azərbaycanda hava şəraitinin dəyişməsi haqqında ilkin xəbərdarlıq yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.
Qeyd edilib ki, bir daha dəqiqləşdirilmiş məlumat ictimaiyyətə təqdim olunacaq.
Fevralın 15-nə olan hava proqnozuna gəlincə, Bakı və Abşeron yarımadasında hava" style="line-height: 1.6em;">hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava" style="line-height: 1.6em;">hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər