• cümə, 19 Aprel, 16:04
  • Baku Bakı 25°C

Havalar nə vaxt düzələcək? - Proqnoz

21.05.14 11:11 1114
Havalar nə vaxt düzələcək? - Proqnoz
Mayın 21-dən 22-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, mayın 22-də gündüz dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər