• şənbə, 20 Aprel, 02:15
  • Baku Bakı 15°C

Havadan yaxşı xəbər var

14.04.14 11:11 1111
Havadan yaxşı xəbər var
Aprelin 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-12 gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın əksər rayonlarda hava şəraitinin yağmursuz olacağı, lakin səhər və axşam bəzi dağlıq rayonlarda yağış yağacağı, şişmək çaxacağı gözlənilir. Səhər ayrı-yarı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 11-16 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində mülayim yaz havası və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi normal meteohəssas üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər