• cümə, 19 Aprel, 12:01
  • Baku Bakı 25°C

Havadan xəbər var - Proqnoz

12.01.15 11:56 1035
Havadan xəbər var - Proqnoz
Meteoroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir
Yaxın 2 gün ərzində Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, yanvarın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək və arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
banner

Oxşar Xəbərlər