• cümə, 19 Aprel, 04:30
  • Baku Bakı 18°C

Havadan nə xəbər?

18.09.13 10:34 1491
Havadan nə xəbər?
Sentyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam buludluluq artacaq. Şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 18-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin saxşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər