• çərşənbə axşamı, 23 aprel, 22:26
  • Baku Bakı 20°C

Hava yağmursuz və dumanlı olacaq

03.02.17 13:45 1179
Hava yağmursuz və dumanlı olacaq
Fevralın 4-də Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindənAPA-ya bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaşəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
banner

Oxşar Xəbərlər