• çərşənbə axşamı, 16 aprel, 14:48
  • Baku Bakı 19°C

Hava yağmursuz olacaq - Proqnoz

30.09.14 13:31 1039
Hava yağmursuz olacaq - Proqnoz
Oktyabrın ilk günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-17, gündüz 20-24 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər