• cümə, 26 Aprel, 07:32
  • Baku Bakı 12°C

Hava yağmursuz keçəcək, küləyin güclənməsi meteohəssas insanlarda narahatlıq yaradacaq

16.01.18 13:40 612
Hava yağmursuz keçəcək, küləyin güclənməsi meteohəssas insanlarda narahatlıq yaradacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 17-dəhavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə,havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 17-dəhavaşəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 17-19-da Abşeron yarımadasında qış fəsli üçün səciyyəvi olanhavaşəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
banner

Oxşar Xəbərlər