• çərşənbə, 08 May, 07:12
  • Baku Bakı 13°C

Hava yağmursuz keçəcək, duman olacaq

08.11.16 13:08 776
Hava yağmursuz keçəcək, duman olacaq
Bakı və Abşeron yarımadasında noyabrın 9-dahavaşəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər