• cümə axşamı, 25 aprel, 18:30
  • Baku Bakı 21°C

Hava yağıntılı və küləkli olacaq

15.01.18 15:45 417
Hava yağıntılı və küləkli olacaq
Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludluhavaşəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki,havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaşəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər