• cümə axşamı, 25 aprel, 01:38
  • Baku Bakı 19°C

Hava tutulacaq, yağış yağacaq - Proqnoz

01.10.14 13:38 1191
Hava tutulacaq, yağış yağacaq - Proqnoz
Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində havanın tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyinin gün ərzində güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 20-23, axşama doğru 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 2-də bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər