• cümə, 29 Mart, 01:08
  • Baku Bakı 7°C

Hava soyuyacaq, külək əsəcək

07.11.13 11:08 1215
Hava soyuyacaq, külək əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, noyabrın 8-i gündüzdən etibarən ölkədə cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Noyabrın 8-dən 9-na keçən gecədə hava küləkli olacaq. Noyabrın 9-da axşama doğru külək mülayimləşəcək. Noyabrın 8-9-da havanın temperaturu bu günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, günün birinci yarısında 20-25, axşama doğru isə 12-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da noyabrın 8-də sabah hava şəraitinin əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər