• şənbə, 20 Aprel, 18:20
  • Baku Bakı 24°C

Hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib

14.09.16 13:50 801
Hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib
Azərbaycandahavaşəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə,sentyabrın 16-17-də Bakı və Abşeron yarımadasındahavaşəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək.

Sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq 18-dək ölkə ərazisindəhavaşəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.
banner

Oxşar Xəbərlər