• şənbə, 20 Aprel, 15:37
  • Baku Bakı 23°C

Hava şəraiti qeyri-sabit olacaq, yağış yağacaq, dolu düşəcək

14.05.17 12:45 1014
Hava şəraiti qeyri-sabit olacaq, yağış yağacaq, dolu düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentihavaşəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, mayın 15-i axşamdan 16-sı gündüzədək Bakıda və Abşeron yarımadasındahavaşəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Mayın 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisindəhavaşəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
banner

Oxşar Xəbərlər