• cümə, 29 Mart, 02:49
  • Baku Bakı 7°C

Hava limanında dəhşətli qətl

23.05.13 17:39 1914
Hava limanında dəhşətli qətl
Bu gün günorta saatlarında Heydər Əliyev adına Hava Limanında dəhşətli qətl törədilib. Lent.az-ın “aznews.az”a istinadən verdiyi məlumata görə, aeroportda Ordubad rayonunun Nüsnüs kəndinin sakini Əhmədov Alim Ehtiram oğlu 32 bıçaq zərbəsi vurularaq qətlə yetirilib.
Cinayəti törədən şəxs idman aləmində müəyyən nüfuza malik və “Şərurlu Musa” kimi tanınan Musa Musayevin və ötən ilin dekabrında Moskvada güllələnərək öldürülən Natiq Musayevin qardaşıdır. Məlumata görə, öldürülən A.Əhmədov N.Musayevin qatili imiş. Qardaşı isə onu öldürərək, N.Musayevin qisasını alıb.
Hadisənin ən maraqlı tərəfi isə odur ki, cinayəti törədən şəxs daha sonra mərhumun cəsədini maşınına qoyaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlib və polisə təslim olub.
banner

Oxşar Xəbərlər