• çərşənbə, 24 Aprel, 05:34
  • Baku Bakı 14°C

Hava limanı istiqamətində hərəkət məhdudlaşır

07.12.16 12:17 831
Hava limanı istiqamətində hərəkət məhdudlaşır
Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq dekabrın 9-dan Zığ-Havalimanı avtomobil yolunun (beton yol kimi tanınan) Heydər Əliyev BeynəlxalqHavaLimanı istiqamətində 3 hərəkət zolağından 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.
"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq.

Nəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.
banner

Oxşar Xəbərlər