• şənbə, 20 Aprel, 11:33
  • Baku Bakı 14°C

Hava küləkli və yağışlı olacaq

04.11.16 14:26 980
Hava küləkli və yağışlı olacaq
Noyabrın 5-dəBakı və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq.Axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağışyağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 8-10° isti, gündüz 12-16° isti,Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununayüksələcək.Nisbi rütubət 70-80 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz keçəcəl,gecə və səhər bəzi yerlərdə duman olacaq.Lakin axşam bəzi şimal və şərqrayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanıntemperaturunun gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağıgözlənilir.
banner

Oxşar Xəbərlər