• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

Hava küləkli olacaq, rayonlara qısamüddətli yağış yağacaq

18.09.16 12:23 779
Hava küləkli olacaq, rayonlara qısamüddətli yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 19-dahavaşəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər