• çərşənbə axşamı, 23 aprel, 14:15
  • Baku Bakı 24°C

Hava küləkli olacaq, qar yağacaq - Xəbərdarlıq

17.02.15 08:41 937
Hava küləkli olacaq, qar yağacaq - Xəbərdarlıq
Fevralın 18-də Bakı və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, gecə və səhər güclənəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin fasilərlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
banner

Oxşar Xəbərlər