• çərşənbə, 24 Aprel, 21:28
  • Baku Bakı 23°C

Hava küləkli, dumanlı olacaq

12.03.17 14:49 811
Hava küləkli, dumanlı olacaq
Sabah Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, martın 13-də Qərb rayonlarında arabir yağış yağacağı, şərq rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər