Hava kəskin soyuyacaq

Hava kəskin soyuyacaq

Təfsilat
12 Dekabr 2012, 12:39 1182
Dekabrın 13-ü axşamdan ölkə ərazisində hava kəskin soyuyacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrın 13-də günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.