• cümə, 26 Aprel, 15:46
  • Baku Bakı 23°C

Hava getdikcə istiləşir - Proqnoz

11.07.14 11:40 1002
Hava getdikcə istiləşir - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 33-38 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çağacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər