AZE | RUS | ENG |

Hava gəmilərində istifadə edilən cihazları qanunsuz yolla ölkədən çıxarmağa çalışan 4 nəfər həbs edilib

Hava gəmilərində istifadə edilən cihazları qanunsuz yolla ölkədən çıxarmağa çalışan 4 nəfər həbs edilib
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb.
 
İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan Respublikasının vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya Federasiyasının vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
İstintaqla müəyyən edilib ki, İdris Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ələddin Qarayev, Fərman Əhmədov və Südabə Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.
 
Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ələddin Qarayev Azərbaycanın gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək Rusiya Federasiyasına göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, Fərman Əhmədova göndərib.
 
Fərman Əhmədov isə həmin malları Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Sədərək" bazarında Südabə Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6570
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.2835
KWD 1 Küveyt dinarı 5.6023
SEK 1 İsveç kronu 0.1853
EUR 1 Avro 1.9349
CHF 1 İsveçrə frankı 1.7130
USD 1 ABŞ dolları 1.7000