• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

Hava buludlu olsa da yağmayacaq

24.09.13 10:52 1097
Hava buludlu olsa da yağmayacaq
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə sentyabrın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər