• çərşənbə, 24 Aprel, 22:25
  • Baku Bakı 23°C

Hava buludlu, küləkli olacaq

22.01.17 14:15 1101
Hava buludlu, küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2° isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90%, gündüz 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, yanvarın 23-dəhavaşəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər