• şənbə, 20 Aprel, 02:49
  • Baku Bakı 15°C

“Harry Potter” əfsanəsi bitdi

08.08.16 11:04 2256
“Harry Potter” əfsanəsi bitdi

JK Roulinqin "Harry Potter” silsilə əfsanəsinin son hissəsi "Lənətlənmiş uşaq” ("Cursed Child”) işıq üzü görüb. Avqustun 1-i oxucuların istifadəsinə verilən kitab böyük maraqla qarşılanıb. Nəşrin ilk gününün sevincini londonlu oxucularla paylaşmaq qərarı almış Roulinqin böyük bir təqdimat təşkil edib. "HuffingtonPost”-dan yayılan xəbərə görə, rəsmi instaqram hesabından əlində "Lənətlənmiş uşaq”, arxasında isə minlərlə oxucunun olduğu şəkli yerləşdirən yazıçı "Artıq bitdi” şərhini paylaşıb. "Reuters”in məlumatına görə, premyera gecəsi mətbuata açıqlama verən Roulinq deyib: "Sehrbaz oğlanın magik hekayəsinin son hissəsi idi bu. Son dram hissəsi ilə Harrrini azad etdim. O, milyonlarla oxucu ilə birgə nəhəng, sehrli, uzun bir səyahət yolu keçdi. Onunla böyüyən nəsillər var dünyada. Artıq sıra yeni hekayələrin və yeni nəsillərindir. Məncə, biz artıq onunla sağollaşdıq”. Başda Pottermani (Harri Potterin əfsanəsindəki yerlərin maket olaraq, düzəldiyi nəhəng ev - red.) olmaqla, bir çox kitabevlərində silsilənin son nüsxəsinin işıq üzü görməsi şərəfinə həftəsonu "Harry Potter” sevənləri üçün xüsusi şənlik təşkil ediləcək.

Premyeraya qatılan oxucular isə bu kitabın "Harry Potter” əfsanəsinin sonu olmasından məyus olduqlarını, səbirsizliklə bu əfsanənin davam etməsi xəbərinin gəlməsini gözlədiklərini deyiblər. Roulinq isə deyib: "Mən də bunun daha da genişlənməsini, oxucularının, Harrini sevənlərin daha da çoxalmasını istərdim. Amma məncə, artıq Harridə bu səyahəti tamamlamaq istəyir. Ona görə də, ona yeni yollar vermək istəmirəm”.

Məlumat üçün bildirək ki, "Lənətlənmiş uşaq”dan əvvəl də Roulinq iki dəfə "Harry Potter” əfsanəsinin bitdiyini elan etmişdi. Birinci elandan sonra yazıçı dram yazmış, lakin bu əsər fiasko ilə nəticələnmişdi. "Təsadüfi boşluq” əsəri ilə nüfuzuna ciddi zərbə endirən yazar yenidən "Harry Potter”-ə qayıtmış və bunun son nüsxə olduğunu qeyd etmişdi. Lakin kitab gözləndiyi kimi böyük uğur qazandığından Roulinq onu davam etdirmək qərarı aldı. Son kitabın dram forması Cek Torn tərəfindən qələmə alınıb.

banner

Oxşar Xəbərlər