• cümə axşamı, 25 aprel, 08:00
  • Baku Bakı 14°C

Harper Lini xatırlayırıq

29.02.16 09:49 1449
Harper Lini xatırlayırıq
Fevralın 19-da, 89 yaşında dünyasını dəyişən, Amerika ədəbiyyatının nadir görünən nüfuzlu qələm sahibi yazıçı Harper Li “Bülbülü Öldürmək” əsəri ilə qazandığı dünya şöhrətini ötən ilin sonlarında işıq üzü görmüş “Gözətçi təyin edin” əsəri ilə davam etdirməyi hədəfləyirdi. Ötən il əksər siyahılarda satış və müzakirə rekordlarına imza atan əsərin daha böyük uğurlarını görmək “Pulitzer” mükafatlı yazara nəsib olmadı. “HuffPost”un 2007-ci ildə ABŞ prezidenti Corc Buş tərəfindən “Prezidentin Azadlıq mükafatı”na, 2010-cu ildə isə Barak Obama tərəfindən “Milli İncəsənət Medalı”na layiq görülmüş Harper Lini oxucularına dünya haqqında dediyi 11 ən gözəl həqiqətlə xatırladan məqaləsini təqdim edirik:
• Sevgi dünyada içində şübhə olmayan yeganə aydın şeydir. Təbii ki, dünyada sevginin çox forması var, amma bütün məsələ səninlə bağlıdır – sən sevirsən və ya sən sevmirsən.
• Mən heç vaxt oxumağı sevməmişəm, həmişə onu itirməkdən qorxmuşam. Birinin nəfəs almağı sevmədiyi kimi.
• Böyüdükcə daha çox çalış ki, hər zaman həqiqəti deyəsən. Başqalarına ziyan vurma, özünü dünyanın ən əhəmiyyətli üzvü sayma. İstər varlı, istər kasıb, hamıya bir gözlə baxa və deyə bilərsən: “Deyəsən, mən heç də səndən daha yaxşı deyiləm, amma qətiyyən əminəm ki, səninlə bərabərhüquqluyam”.
• Əmin ol ki, tarix təkrarlanır və əmin ol ki, insan elə insandır. O öz səhvlərini görmək üçün tarixə ən sonda nəzər salır.
• Hər şey səhərlər daha yaxşı olur/
• Hamı düşmənlərini qınaya bilər, amma ən ağıllı yol onları sadəcə tanımaqdır.
• Cəsarət əlində silah olan insan deyil. Cəsarət çatacağın yeri bilmədən yola çıxmaqdır, başlayırsan və səbəb nə olursa olsun, o yoldan keçirsən. Nadir hallarda qazanırsan, amma nadirən də olsa, qazanırsan.
• Geriyə baxmaq, dünən, on il əvvəl kim olduğumuzu görmək hər zaman asandır. İndi kim olduğumuza baxmaq çətindir. Əgər bu xırda hiylənin ustasısınızsa, onda həyatın öhdəsindən gələcəksiniz.
• Başqaları ilə yaşamağa başlamamışdan, insan özü ilə yola getməyi bacarmalıdır. Çoxluğun qanunlarına uyğunlaşmayan bir şey varsa, o da insanın vicdanıdır.
• Əgər daha çox istəməsəydin, çoxlu olardı.
• Hadisələrə onun gözü ilə baxmadan heç vaxt qarşındakını anlaya bilmirsən.
banner

Oxşar Xəbərlər