• şənbə, 20 Aprel, 11:57
  • Baku Bakı 14°C

“Haramdır“ deyib 240 min butulka pivəni məhv etdilər

28.11.13 18:28 1141
“Haramdır“ deyib 240 min butulka pivəni məhv etdilər
Nigeriyada İslam Polisi "Şəriətə və İslama zidd adətlər, haram və günaha qarşı mübarizə" kampaniyası çərçivəsində 240 min butulka pivəni məhv edib.
Milli.Az al Jazeera-ya istinadən bildirir ki, polislər yerlilərin "burukutu" adlı əldəqayırma çaxırlarından olan 8 min litr spirtli içkini, habelə 320 min siqareti də yandırıblar.
Aksiya Kano şəhərində keçirilib. Şəhər Nigeriyanın şimalında, Şəriət qanunlarının qüvvədə olduğu bölgədə yerləşir. Burada xristianlar yaşayan məhəllədən savayı bütün yerlərdə spirtli içkilərin satışı qadağandır.
banner

Oxşar Xəbərlər