AZE | RUS | ENG |

«Hara getsəm, yenə də radioya qayıdıram» - Şou-biznes

«Hara getsəm, yenə də radioya qayıdıram» - Şou-biznes
Səxavət Nur: “Tələbəlik illərimi kimisə sevmədən ailə qurmağa bənzədirəm”


Bu gün televiziya və radiolarda aparıcıların əksəriyyətinin gənc olması sevindirici haldır. Di gəl ki, onların bir çoxlarının peşəkarlığında, efir mədəniyyəti, efir danışığında böyük problemlər var. Müsahibim də sənətində peşəkarlığı ilə hər kəsdən seçilən uzun müddət efirlərdə aparıcılıq edən, hazırda isə Araz FM- radiosunun baş redaktoru Səxavət Nurdur. Ötən gün Araz FM radiosunun qonağı oldum. Radionun baş redaktoru Səxavətlə gənclərin bugünkü problemlərindən, musiqi zövqündən danışdıq. Radio məni özünə bağlayır - Yaradıcı gənc kimi müasir Azərbaycan gəncliyini necə qiymətləndirirsiniz? - Gənclərimizə ümidim böyükdür. Onlardan çox şey gözləyirəm. Düşünürəm ki, yeni gənclik bizdən daha fərqli və kreativ olmalıdırlar. Gənclərin bir qismi var ki, “kim nə etdirsə, mən də onu edim” deyərək yaşayırlar. Şükürlər olsun ki, sözün əsl mənasında müasir tələblərə cavab verə biləcək tərzdə düşünən, oxumağa, daim yenilik etməyə can atan gənclərimizin də sayı getdikcə çoxalır. Bu da məni çox sevindirir. - Elə danışdınız ki, elə bil yaşlı nəslin nümayəndəsisiniz… - Gənclik əslində insanın ruhunda olur. Yaş neçə olursa-olsun, insan özünü daxilən gənc hesab edirsə, deməli o gəncdir. Düzdür, əlli yaşımda gənclər kimi geyinsəm, bu anormal görünməyəcək. Müasir geyinim, ancaq fikrim 80-ci illərdə qalsın və köhnə fikirli bir insan olum, bu da düzgün deyil. - Gənclərimiz bu gün məşhur olmaq üçün daha çox efirlərə can atırlar. Siz isə efirdən radioya gəldiniz… - Əslində yaradıcılığıma radiodan başlamışam. Mən ixtisasca hüquqşünasam. Baxmayaraq ki, bu ixtisası heç də sevmirdim. Hüquqşünas olmaq mənim atamın arzusu idi. Tələbəlik illərim danışmağı sevmədiyim xatirələrdir. Mən öz tələbəlik illərimi kimisə sevmədən ailə qurmağa bənzədirəm. Sevmədiyim ixtisası oxuduğuma görə xoşbəxt deyildim. Çünki hər zaman içimdə jurnalistikaya qarşı böyük həvəs və maraq vardı. Universitetdə oxuyanda qəzetdə yazılarım dərc olunurdu. Daha sonra yaradıcılığımı radioda davam etdirdim. Televiziyada işlədiyim müddətdə paralel olaraq radioda da işləyirdim. Hara getsəm də yenə də radioya qayıdıram. Çünki əslidə radio məni özünə bağlayır. Bu gün televiziya və radioda çalışan aparıcıların fərqi ondadır ki, birinciyə insanlar daha çox məşhur olmaq üçün gəlirlər. Radioda isə vəziyyət belə deyil. Radioda işləmək üçün insanda bu sənətə sevgi və istək olmalıdır. Burada məşhurlaşmaq çətindir. Həmin “ifaçılara” qulaq asmırıq - Sizcə, radiolarımız gənclərin tələbatını ödəyib, onların istəklərinə cavab verə bilirmi? - Bu gün nədənsə hər şeyi televiziyadan, radiodan, mətbuatdan gözləyirik. İyirmi il bundan qabaq bu normal bir şey idi. Gənclərimizin yararlı yetişməsi üçün birinci növbədə tərbiyənin təməli onların ailəsində qoyulmalıdır. Ailə övladına düzgün tərbiyə verməyəndən sonra nə məktəbi, nə universiteti, nə də mətbuatı günahlandırmaq lazım deyil. Çünki cəmiyyəti yetişdirən ailədəki fərdlərdir. Əgər ailə yanlış zövqlü, yanlış düşüncəli övlad yetişdirirsə, mətbuat nə etsə də onu dəyişə bilməyəcək. İndi insanların zövqünün formalaşması üçün nə televiziya, nə də radiolara ehtiyac yoxdur. Televiziyanın qadağa qoyduğu, vermədiyini süjetləri gənclər sosial şəbəkələrdən tapıb izləyirlər. Texnologiyanın yüksək inkişaf etdiyi bir zamanda yaşayırıq. İndi kimin zövqü, dünyagörüşü və tələbatı nədirsə, ona uyğun hər şey tapa bilir. Bizdə çalışırıq ki, tamaşaçıları özümüzə bağlayıb, onların diqqətini çəkək. Bunun üçün də əlimizdən gələni edirik. Çox vaxtda yenidən velosiped ixtira etməyək deyə, Qərbin təcrübəsindən yaralanırıq. Biz Türkiyə, Rusiya və başqa ölkələrin radiolarına istinadlar edirik. Onların hazırladıqları verilişləri hazırlayırıq. Onlar hansı tərzdə mahnılara önəm verirlərsə, biz də onlardan yararlanmağa çalışırıq. Bu gün qloballaşma elə bir səviyyəyə gəlib çatıb ki, dünyanın əksər ölkələrində gənclər eyni düşüncəyə sahib olublar. Onlar vahid bir sistem altında internetin köməkliyi ilə fikirlərini paylaşıb, görüb-götürürlər. Biz gəncləri doğru düşünməyə, doğru musiqiyə qulaq asmağa sövq etmək üçün əlimizdən gələni edirik. Misal üçün, bizim efirdə ara musiqisi, altı-səkkiz tempdə olan musiqilər səslənmir. Bu o demək deyil ki, bunlar pis musiqilərdir. Bizim istiqamətimiz pop janrındadır. Biz bu istiqamətdə gedirik, efirimizdə bayağı söhbətlərə yer ayırmırıq, qeybət etmirik. Bizim işimiz radio olaraq gəncləri əyləndirmək və vaxtlarını daha xoş keçirməkdir. - Təəssüflər olsun ki, bu gün ara mahnılarına qulaq asan gənclərimiz çoxdur. - Problem ondadır ki, biz həmin “ifaçılara” qulaq asmırıq, ancaq onları tanıyırıq. Zövqlər mübahisə və müqayisə edilmir. İnsanın zövqünə görə onun kim olduğunu bilmək olur. Əgər bir insan ara musiqisinə qulaq asırsa, ondan fəlsəfi fikirlər və müasir düşüncə tələb etmək çətindir. Çünki onun dinlədiyi musiqi bəsitdirsə, demək ki, onun zövqünün tələbatı çox sadədir. O, ucuz musiqi dinləyir və ucuz musiqi dinləyən fəlsəfi fikirlər düşünə bilməz. Uşaqlıq arzum - Sosial şəbəkələrdə ara müğənnilərin mahnılarının izlənmə sayı daha çox olur. Bu, sizə görə ürək ağrıdıcı mənzərədir? - Reytinq keyfiyyət demək deyil. Bu gün Azərbaycanda belə problemlər çoxdur. Hazırda televiziyalarda reytinq savaşı gedir. Reytinqdə birinci olan hər hansı bir proqram, ya musiqi hələ yüksək keyfiyyətli, yaxşı və gözəl demək deyil. Əgər bir ifaçının mahnısının izlənmə sayı milyonu keçibsə, bu, əla və şedevr sənət əsəri də hesab olunmur. Təəssüflər olsun ki, çoxluğun da zövqü göz qabağındadır. - Əvvəllər sizi efirdə aparıcı kimi görürdük, ancaq indi aktyor kimi fəaliyyətinizi izləyirik. Aparıcılıqdan aktyorluğa keçid hansı zərurətdən yarandı? - Aktyor olmaq mənim uşaqlıq arzum idi. Yeddinci sinfə qədər bu arzu ilə yaşamışam. Sonra düşündüm ki, məndən aktyor olmaz. Ancaq içimdə istək var idi. Deyirdim görəsən nə vaxtsa özümü aktyor kimi sınaya bilərəmmi? Bir gün “Kaspi global prodakşn”da Babək Şirinsifətin rejissorluğu ilə çəkilən “Çaqqal nəfəsi” serialında Babək müəllimin məni Eldar rolunda çəkmək istəyini söylədilər. Mən də razılaşdım. Eldar rolu üçün mənə kastinqi keçmədən o rola götürdülər. Açığı desəm, öncə tərəddüd etdim, dedim birdən alınmaz. Ancaq altı aylıq çəkilişdən çox şey öyrəndim və özümü bir aktyor kimi göstərə bildim. İstərdim bundan sonra özümü aktyor kimi sınayım. - Özünüzü hansı obrazlara daha çox uyğun görürsünüz? - Əslində mən özümü komik bir obrazda görürdüm. “Çaqqal nəfəsi” serialında özümü oynamalı idim. Eldar obrazı eyni ilə mənim xarakterimdir. Yəni onu oynamaq mənim üçün çətin olmadı. Mənim üçün fərqi yoxdur, mənə necə bir obraz versələr, onu da canlandırmağa hazıram. Oynadığın rol nə olursa-olsun ilk növbədə onu sevməlisən. Sən oynadığın rolu qəbul etməlisən ki, onu tamaşaçıya çatdıra biləsən. Bütün aktyorlar istəyirlər ki, daha qəddar və xarakterik obraz göstərsinlər. Müsbət obrazı oynamağa nə var ki, onsuz da biz həyatda oynayırıq və hamımız yaxşı olmağa çalışırıq. Filmdə də yaxşı obraz oynamaq asandır, həyatda da insanlar özlərini müsbət kimi görsətməyə çalışırlar və gözəl maskalar taxırlar. Xəyalə Rəis Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917