Hara gəldiyini elə ilk məşqdə başa saldılar
Antuan Qrizman "Barselona”da ilk məşqçini keçirib.
Kaspi.az xəbər verir ki, elə ilk məşqdə Qrizmana hara gəldiyini başa
salıblar. "Barsa”nın futbolçuları Qrizmanla ilk məşqdə olduqca amansız
davranıblar.
Məşq zamanı topu iki dəfə onun ayaqlarının arasından keçiriblər.
Fransız futbolçu bu şəkildə aşağılanmasına sərt reaksiya görsətməyib. O, yalnız
gülümsəməklə vəziyyətdən çıxmağa çalışıb.
Qrizman "Barselona” ilə 5 illik müqavilə bağlayıb.