• çərşənbə axşamı, 16 aprel, 15:53
  • Baku Bakı 19°C

“Hansısa veriliş tamaşaçını qane etmirsə, kanalı dəyişsin”

13.12.13 11:53 1049
“Hansısa veriliş tamaşaçını qane etmirsə, kanalı dəyişsin”
APA-nın xəbərinə görə, bunu MTRŞ-nın sədr müavini Qafar Cəbiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, tamaşaçı olaraq, bəzi televerlişlərin səviyyəsi onları da qane etmir. “Əgər hansısa veriliş tamaşaçını qane etmirsə, yaxşı olar ki, həmin vətəndaş kanalı dəyişsin”.
Televiziyalar ailə-məişət məsələsi qabardılan proqramlarla bağlı mövcud problemlər haqqında düşünməlidir: “Ən yaxşı nəzarət ictimai nəzarətdir. Əgər cəmiyyət, tamaşaçılar hər hansı verilişlə bağlı narazılıq edirsə, televiziyalar bunu nəzərə almalıdırlar”.
Q.Cəbiyev bəzi televiziya verilişlərində sponsorların təbliğ edilməsinə geniş yer ayrılması məsələsinə münasibət də bildirib. O deyib ki, bu məsələ bilavasitə MTRŞ-nın fəaliyyət dairəsinə aid olan məsələdir: “Reklamlarla və sponsorlarla bağlı qanunvericilikdə konkret tələblər mövcuddur. Bu həddi heç bir telekanalın aşmağa ixtiyarı yoxdur. Bəzi telekanallarda reklamlarla bağlı qanun pozuntularına yol verilir. Sponsorların elan edilməsi ilə bağlı müəyyən normalar aşılır. Bununla bağlı adekvat tədbirlər görürük”.
MTRŞ rəsmisi onu da qeyd edib ki, telekanallarda uşaq verilişlərinin həcmi və keyfiyyəti artırılmalıdır: “MTRŞ olaraq hesab edirik ki, Azərbaycanda uşaq kanalının yaradılması hələ tezdir. Bu sahə dövlətin nəzarətində olası sahədir”.
Q.Cəbiyevin sözlərinə görə, MTRŞ-nın mövqeyi ondan ibarətdir ki, ilk növbədə AzTV və İTV uşaq proqramlarının sayını artırmalı, özəl kanallar da bu məsələni diqqətdə saxlanılmalıdır.
banner

Oxşar Xəbərlər