• şənbə, 20 Aprel, 16:49
  • Baku Bakı 23°C

Hansı rayonlarda “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub

14.12.17 11:40 1522
Hansı rayonlarda “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub
Azərbaycanın hansı rayonlarında "ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraqbildirilib ki, 2018-ci ilin əvvəlində Mingəçevirdə regional "ASAN həyat” kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur: "2018-ci ildəŞəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabadrayonlarında regional "ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq".
Qurumdan bildirilibki, hazırda 11 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində,digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Dekabrın 7-də Quba "ASAN həyat" kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yaxın günlərdə Quba "ASAN xidmət”mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq".
banner

Oxşar Xəbərlər