• cümə axşamı, 25 aprel, 10:22
  • Baku Bakı 14°C

Hansı işin yekunu barədə danışım?

12.04.17 12:45 858
Hansı işin yekunu barədə danışım?
Argentina yığmasının sabiq baş məşqçisi Edqardo Bausa istefaya göndərilməsini şərh edib.
Kaspi.az xəbər verir ki, Bausa işlədiyi müddətdə yığmada bir sıra problemlərin olduğunu deyib. O, Argentina yığmasının dünya çempionatında iştirak edəcəyinə də inandığını bildirib:
"Mən hansı işin yekunu barədə danışa bilərəm? Çalışdıq ki, üzərimizə düşən funksiyanı yaxşı yerinə yetirək. Bir sıra problemlərimiz vardı.
Ancaq getdikcə futbolçular bir-birlərini daha yaxşı anlamağa başladılar. Bizim yaxşı və pis nəticələrimiz də oldu. Əminəm ki, Argentina dünya çempionatında iştirak edəcək. Bu, mənim üçün böyük təcrübə idi”.
Bausa Argentina yığmasında ötən ilin avqustundan işləyirdi. Yığma onun rəhbərliyi altında 8 oyun (3 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət) keçirib.
banner

Oxşar Xəbərlər