• çərşənbə, 24 Aprel, 11:26
  • Baku Bakı 13°C

Hamını eşitsəydi, hər yerdə oynayardı

24.04.18 13:10 879
Hamını eşitsəydi, hər yerdə oynayardı
"Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın PSJ-yə keçəcəyi ilə bağlı söz-söhbət yayılıb.
Kaspi.az xəbər verir ki, Poqba bu məsələyə münasibət bildirib. O, Mourinyo ilə münasibətlərinin də qaydasında olduğunu deyib:
"Mən yalnız hazırda olanlar barədə düşünürəm. Biz İngiltərə kubokunun finalına çıxmışıq, qarşıda isə dünya çempionatı var. Belə ərəfədə əlavə söz-söhbətə fikir verməməliyəm.
Əgər hamını eşitsəydim, onda hər yerdə oynayardım. Mənim Mourinyo ilə heç bir problemim yoxdur. Onun da mənimlə hansısa probleminin olduğuna inanmıram.
O, baş məşqçidir və qərarlar qəbul edir. Mən isə futbolçuyam və bu qərarlara riayət edirəm. Buna riayət etdiyimə isə futbol meydanındakı oyunla cavab vermək lazımdı”.
banner

Oxşar Xəbərlər