• cümə, 19 Aprel, 20:51
  • Baku Bakı 24°C

Hamıdan çox məvacib alacaq

06.08.19 13:24 9451
Hamıdan çox məvacib alacaq
"Bavariya” "Mançester Siti”nin futbolçusu Leroy Sanenin transferini həll etmək üzrədir.
Kaspi.az xəbər verir ki, Münhen nəhəngi Saneyə o, hələ "Şalke”də çıxış edərkən maraq göstərib. Ancaq onu transfer etməyə bu qədər yaxın olmayıb.
Məlumata görə, "Bavariya” yarımmüdafiəçinin transferi üçün 110 milyon avro ödəyəcək. Onunla 5 illik müqavilə bağlanacaq.
Sanenin illik məvacibi 18 milyon avro olacaq. O, Bundesliqada ən ödənişli futbolçu sayılacaq. Onun 10 nömrəli formanı geyinəcəyi bildirilir. Bu forma Aryen Robbenə məxsus olub.
Bir müddət əvvəl Xosep Qvardola bildirmişdi ki, Sane ilə vidalaşmaq niyyətində deyil. Niko Koivaç isə futbolçunu transfer edəcəklərinə əmin olduğunu vurğulamışdı.
banner

Oxşar Xəbərlər