• çərşənbə axşamı, 23 aprel, 11:57
  • Baku Bakı 20°C

Halil Sezai özünü gözdən salır

24.01.14 08:18 1331
Halil Sezai özünü gözdən salır
Halil Sezainin vətənimizdə də pərəstişkarları da az deyil. Ona görə bu xəbərə yerli saytlarımız da biganə qalmadı. Bir neçə ay öncə Azərbaycanda konsert proqramı ilə çıxış edən ifaçı o zaman işinə məsuliyyətsiz yanaşmış, tamaşaçıların qarşısına sərxoş halda çıxmışdı.
Mətbuatda yayılan xəbərlərə görə, Halil Sezai bu dəfə Vyana konsertindən bir gün qabaq gecəni studiyada keçirib. Səhər isə bütün gününü Vyananın küçələrini gəzməklə keçirib. Konsertinə hazırlaşmaq əvəzinə o, Vyananın küçələrində gəzərək, xeyli şəkil çəkdirib.
İfaçının prodüseri onun konsertdə iştirak etdiyini, gecə saat 21:00-da başlayan konsertinin iki saat davam etdiyini söyləyib. Konsertdən sonra otağında yuxuya gedə bilməyən ifaçı yuxu dərmanı içib. Konsertin sabahı günü vətəninə geri dönməli olan Halil Sezainin köməkçisi onu oyatmaq üçün otağına daxil olduqda, şoka düşüb. Görüb ki, ifaçının əlləri və üzü şişərək tanınmaz hala gəlib. Yaddaşını itirən ifaçı təcili olaraq xəstəxanaya aparılıb. Həkimlərin dediklərinə görə, o atdığı dərmandan zəhərlənərək bu hala düşüb.
Vətəninə gələr-gəlməz, hirsli şəkildə açıqlama verən Halil Sezai adının mətbuatda içki düşkünü kimi qeyd olunmasına etirazını bildirib: “Bir müddət bundan öncə içkini çoxaltdığım üçün mətbuatda bir sıra xəbərlər yazdınız. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən alkoqolik deyiləm, sadəcə ictimai içiciyəm. Yəni içki aludəçisiyəm. Hər kəs yeri gələndə içkidən istifadə edir. Bunu bu qədər şişirtməyin”.
Müğənninin konsertlərini təşkil edən şirkətlər də artıq bu xüsusiyyətinə görə müğənnidən uzaqlaşmağa başlayıblar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər