• çərşənbə, 08 May, 21:55
  • Baku Bakı 18°C

“Halal” standartı sertifikatına sahib olmaq istəyən tapılmır

29.05.13 12:00 1639
“Halal” standartı sertifikatına sahib olmaq istəyən tapılmır
Komitəyə "Halal" standart sertifikatına sahib olmaq üçün müraciət edən olmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
"Bəlkə də Azərbaycanda halal sertifikatı ilə məhsul istehsal edən müəssisələr mövcuddur. Lakin hələ bizə müraciət daxil olmayıb. Məhsulun üzərinə halal yazılmasına gəlincə, müəssisələr bunu brend kimi qeyd etdiklərini deyirlər, yəni əmtəə nişanı olaraq, məhsulun üzərinə yazırlar".
Həsənov həmçinin deyib ki, Azərbaycanda çörəyin standartlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.
O qeyd edib ki, çörəyin standartının müəyyənləşdirilməsi ilə bağlı yaradılan komitəyə aidiyyəti qurumların nümayəndələrinin təmsilçiləri, həmçinin özəl sektordan olan şəxslər cəlb ediliblər: "Bu komitə standartın müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirir. Hazırlanan standartlar sonda qəbul olunacaq".
banner

Oxşar Xəbərlər