• şənbə, 27 Aprel, 00:12
  • Baku Bakı 14°C

Hakimlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər

24.03.20 22:00 481
Hakimlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
Hüquq ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ianələr edir.
Məhkəmə-Hüquq Şurası, Hakim assosiasiyaları, apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri də bu nəcib təşəbbüsə qoşulub, Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkhaqlarından 550 min manat məbləğində vəsaitin köçürülməsini qərara alıblar.
Hakimlər hər kəsin yüksək sosial məsuliyyət göstərməsinin, epidemiyanın qarşısının alınması üzrə həyata keçirilən tədbirlərə dəstək verməsinin vacibliyini bəyan ediblər.
banner

Oxşar Xəbərlər