• çərşənbə axşamı, 16 aprel, 22:27
  • Baku Bakı 18°C

Hakimin işini “rüsvayçılıq” adlandırdı

04.07.18 12:35 514
Hakimin işini “rüsvayçılıq” adlandırdı
Kolumbiya yığmasının hücumçusu Radamel Falkao DÇ-2018-in 1/8 finalında İngiltərə ilə keçirilən qarşılaşmanın hakimliyindən danışıb.
Kaspi.az xəbər verir ki, Falkao ABŞ-dan olan baş hakim Mark Qeyqeri kəskin tənqid edib. O, bir çox mübahisəli epizodlarda hakimin ingilislərin xeyrinə qərar verdiyini bildirib:
"Bu oyuna amerikalı hakim təyin etmək çox mübahisəli qərar idi. Xeyli mübahisəli məqamlar oldu ki, hakim ingilislərin xeyrinə qərar verdi.
O, meydanda ingiliscə - İngiltərə yığmasının üzvlərinin danışdığı dildə danışırdı. İstənilən mübahisəli məqamlarda isə ancaq İngiltərənin xeyrinə qərar verirdi. Bu, rüsvayçılıqdı”.
İngiltərə Kolumbiyanı oyunsonrası penalti seriyasında məğlub edib - 1:1 (4:3).
banner

Oxşar Xəbərlər