• cümə, 19 Aprel, 03:17
  • Baku Bakı 18°C

Hakim qapıçını qovdu, oyundan sonra da döydü

12.02.20 14:30 2254
Hakim qapıçını qovdu, oyundan sonra da döydü
İtaliya çempionatının 8-ci divizionunda Zinəddin Zidanın Materatsiyə vurduğu kəlləni bu dəfə hakim təkrarlayıb.
Kaspi.az xəbər verir ki, hadisə "Borqo Molyano” ilə "Montottone” qarşılaşmasında yaşanıb. Oyun baş hakimi Antonio Martinello "Borqo Molyano”nun qapıçısı Matteo Çiççoliyə qırmızı vərəqə göstərib.
Qarşılaşmadan sonra isə hakim paltardəyişmə otağına gedən tuneldə qapıçını gözləyib. O, qapıçının sinəsinə kəllə ilə zərbə vurub. Zərbə nəticəsində xəsarət alan qapıçı xəstəxanaya yerləşdirilib.
Antonio isə hakimlikdən bir il müddətinə uzaqlaşdırılıb.
banner

Oxşar Xəbərlər