• cümə axşamı, 25 aprel, 07:52
  • Baku Bakı 14°C

“Hakim partiyanın prezident seçkilərində namizədi olmasa, daha yaxşıdır”

26.07.18 13:06 312
“Hakim partiyanın prezident seçkilərində namizədi olmasa, daha yaxşıdır”
"Demokratik proseslər üçün prezident seçkilərində "Gürcü Arzusu”nun öz namizədi olmasa, daha yaxşı olar”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.
Baş nazir bildirib ki, hakim partiyanın prezident seçkiləri üçün çoxlu layiqli namizədləri var: "Lakin nəzərə alsaq ki, "Gürcü Arzusu” parlamentdə konstitusional çoxluğa malikdir, o zaman prezident seçkilərində partiyanın namizədinin olmaması daha yaxşı olar. Partiyanın fəlsəfəsi ondan ibarətdir ki, Gürcüstanda əsl Avropa parlament demokratiyası və parlament respublikası formalaşsın”.
M. Baxtadze vurğulayıb ki, digər tərəfdən hər bir siyasi qüvvənin əsas vəzifəsi istənilən seçkilərdə iştirak etməkdir: "Bizim prezident seçkilərində layiqli nəticə əldə edə biləcək çoxlu namizədimiz var”.
Baş nazir qeyd edib ki, hakim partiyanın prezident seçkiləri ilə bağlı mövqeyi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.
banner

Oxşar Xəbərlər