• şənbə, 20 Aprel, 15:30
  • Baku Bakı 23°C

Hakan Şükür təhqir olundu

26.07.14 12:10 1279
Hakan Şükür təhqir olundu
Milli.Az DHA-ya istinadən bildirir ki, o, Fətullah Gülən tərəfdarlarına qarşı keçirilən əməliyyat zamanı həbs olunmuş polislərə dəstək məqsədilə İstanbul Ədliyyə İdarəsinə yollanıb.
İdarədən çıxarkən jurnalistlərin suallarını cavablayan H.Şükür iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) Fətullah Gülənlə bağlı tutduğu mövqeyini "yanlış" adlandırıb. H.Şükürün bu açıqlaması ətrafdakı vətəndaşların qəzəbinə səbəb olub. Onlardan biri qışqırıb: "Çevriliş etmək cəhdində suçlayanları müdafiə edirsən, amma özün də onlardan birisən! Nə üzlə xalqın qarşısına çıxırsan, utanmaz?! Rəcəb Tayyib Ərdoğanın sayəsində adam oldun, turinli Şaban!" Qeyd edək ki, Hakan Şükür əvvəllər AKP üzvü olsa da, sonradan partiya sıralarından istefa verərək müstəqil millət vəkili olmuşdu.
Onu da qeyd edək ki, dünən Hakan Şükür sosial şəbəkədə baş nazir Rəcəb Tayyib Ərdoğanı təhqir etmişdi.
banner

Oxşar Xəbərlər