• cümə axşamı, 25 aprel, 17:25
  • Baku Bakı 23°C

Haiti höküməti yanacağın qiymətinin qalxmasına qarşı etirazlardan sonra istefaya gedib

15.07.18 12:45 508
Haiti höküməti yanacağın qiymətinin qalxmasına qarşı etirazlardan sonra istefaya gedib
Haitinin prezidenti Jovenel Moiz Jak Qi Lafontananın hökümətinin istefasını qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Jovenel Moiz öz Twitter hesabında yazıb.
Prezident bildirib: "Baş nazir qi Lafontan mənə öz istefası barədə ərizəni təqdim edib. Mən hökümətin istefasını qəbul etdim. Fürsətdən istifadə edərək xalqa xidmətə görə cənab Lafontanaya və nazirlər kabinetinin üzvlərinə təşəkkür edirəm".
Qeyd edək ki, Haitinin paytaxtı Port-o-Prensdə etiraz aksiyaları hökümətin benzinin qiymətinin 38 faiz, dizel yanacağının 47 faiz və ağ neftin 51 faiz qaldırılması barədə qərarından sonra başlayıb. Etiraz aksiyaları zamanı azı 3 nəfər həlak olub. Daha sonra hökümət yanacağın qiymətinin qalxmasına dair qərarı müvəqqəti ləğv edib.
banner

Oxşar Xəbərlər