• cümə, 19 Aprel, 03:38
  • Baku Bakı 18°C

“Hafka”nın oğlu üçün aldığı ev məhkəmə qərarı ilə boşaldılır

30.09.14 19:51 1255
“Hafka”nın oğlu üçün aldığı ev məhkəmə qərarı ilə boşaldılır
Azərbaycanda “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlu üçün aldığı yeni ev məhkəmə qərarı ilə boşaldılır. Bu barədə SalamNews-a “Nikoyl” bankın İdarə heyətinin üzvü Zaur Abdıyev məlumat verib.
Onun sözlərinə görə, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub: "Hafiz Məmmədov da, evi məhz ondan alıb, lakin nə bankın borcunu ödəyib, nə də bankın pulunu bağlayıb. Hazırda Nərimanov rayon məhkəmə icraçıları ilə birlikdə, evi boşaltmağa çalışırlar. Üzümüzə qapı açan yoxdur və məhkəmə işçilərini təhdid edirlər. Hadisə yerinə polis də cəlb olunub".
Qeyd edək ki, bəzi iddialara görə, “Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. Məlumatda o da qeyd olunur ki, H.Məmmədov Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq geri qaytarmayıb. Bu iş də məhkəmə çəkişməsinə çevrilib.
banner

Oxşar Xəbərlər