• çərşənbə axşamı, 23 aprel, 21:23
  • Baku Bakı 20°C

Hafiz Hacıyevin Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə başlayıb

01.02.18 16:30 849
Hafiz Hacıyevin Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə başlayıb
Bu gün Səbayel rayon Məhkəməsində "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin vəkil Aslan İsmayılova qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda iddia ərizəsinin icraata qəbul olunması barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, H. Hacıyev A. İsmayılovun onu təhqir etdiyini iddia edərək məhkəməyə müraciət edib. O, A. İsmayılovun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrlə cəzalandırılmasını istəyir.
banner

Oxşar Xəbərlər