• cümə, 29 Mart, 05:32
  • Baku Bakı 7°C

Hafiz Hacıyev: «Davam edəcəm»

20.09.13 10:52 1582
Hafiz Hacıyev: «Davam edəcəm»
“Öz fikirlərimi demişəm. Sona qədər də deyəcəm. Geri çəkilən deyiləm, mübarizəmi sona qədər davam etdirəcəm”.
Bunu virtualaz.org-a açıqlamasında Müsair Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev deyib. H.Hacıyev bundan sonrakı debatlarda da öz qətiyyətli mövqeyini ortaya qoyacağını bildirib.
Mərkəzi Seçki Komissiyasının onun prezidentliyə namizədliyini ləğv edə biləcəyi ehtimalına da münasibət bildirən H.Hacıyev vurğulayıb ki, MSK onun namizədliyini ləğv edə bilməz: “MSK bu qərarı qəbul edə bilməz. Belə bir qərar qəbul olunsa da mən öz mövqeyimi müdafiə edəcəm. MSK-nın bu qərarı qəbul etməyə hüquqi əsası yoxdur. Əks tərəfin bizə qarşı olan mövqeyi nəzərə alınmalıdır. Cəmil Həsənli bizi təhqir elədi”.
H.Hacıyev xalqın müdafiəçisi və qoruyucusu olduğunu və bundan sonra da ölkəsini, dövlətini qoruyacağını deyib: “Sona qədər xalqımı müdafiə edəcəm. Prezidentliyə 10 namizəd var və biri seçiləcək. Hamımız yan-yana oturub prezident olası deyilik”.
İki gün əvvəl namizədlikdən geri çəkilə biləcəyini söyləyən H.Hacıyev, sonradan fikirini dəyişərək mübarizəsini davam etdirməsinin və debatda qalmaqal yaratmasının kiminsə tapşırığı ilə olmadığını da vurğulayıb: “Debatda izah elədim. Mənə qarşı hücumlar olmuşdu. İlk əvvəl namizədlikdən çəkilmək haqda düşünürdüm. Dünən partiyamızın qərarı ilə debatlarda bu cür çıxışlarımın formasını mənə təqdim etdilər ki, bzi bu cür çıxış etməliyik. Bizim mövqeyimiz bu olmalıdır. Öz mövqeyimiz var. Mən qalibəm, qalib də olacam. Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli kimilərin qabağında əyilməmişəm, əyilməyəcəm də”.
Virtualaz.org
banner

Oxşar Xəbərlər