AZE | RUS | ENG |

Hadisə yerindən yayınan sürücülər saxlanılıb

Hadisə yerindən yayınan sürücülər saxlanılıb
Qəza törədərək hadisə yerindən yayınan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 1-də Xırdalan şəhər sakini E.Teymurovun avtomobillə vurulması nəticəsində xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla yeniyetmənin saat 13 radələrində şəhər ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək buraxılıb.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisənin "Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Cəbrayıl rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 30-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Ədilə Qasımovanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Xaliq Qasımov da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000