• çərşənbə axşamı, 23 aprel, 19:04
  • Baku Bakı 20°C

Hadi Rəcəbli: "I qrup əlillərin sayı xeyli çoxalıb"

17.11.18 21:00 579
Hadi Rəcəbli: "I qrup əlillərin sayı xeyli çoxalıb"
"Son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayı xeyli çoxalıb".
"Report" xəbər verir ki, bunuMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədriHadi RəcəbliYAP-ın rəsmi səhifəsinə verdiyi müsahibədə bildirib.
O bildirib ki, pensiyaçıların tərkibi ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər Milli Məclisi vəkomitəni daim düşündürür: "Əvvəllər vaxtaşırı tənqid etdiyimiz pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına5%-dən çox azalıb. Bütün bunlara baxmayaraq, gələn il üçün nəzərdə tutulan büdcədə pensiyaçıların30%-nə qədərinin yenə də əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir. Onu da vurğulamaq yerinə düşərdi ki, qanundakı yeni dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar. Təəssüflə qeyd etmək istərdim ki, əlilliyin qeydə alınmasıyla bağlı başqa bir paradoks özünü göstərməyə başlayıb. Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb".
banner

Oxşar Xəbərlər