Date: 07 Fevral 2019, 09:37,
Oxunma sayı: 88

Hacıqabul rayonunun İkinci Udullu kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.