• şənbə, 20 Aprel, 17:35
  • Baku Bakı 23°C

Hacıqabulda intihar cəhdinin qarşısı alınıb

17.05.20 09:15 859
Hacıqabulda intihar cəhdinin qarşısı alınıb
Hacıqabul rayonunda intihar cəhdinin qarşısı xilasedicilər tərəfindən alınıb.
APAFövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, bir nəfər işıq dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

banner

Oxşar Xəbərlər